Apple Premium Reseller

Alma Store şirkəti üçün Apple Premium Reseller statusu almaq qürurverici haldır.

Apple Premium Reseller – yüksək peşəkarlıq və xidmət səviyyəsi ilə Apple tərəfindən tanınmış müstəqil diler mağazalarıdır. Mağazalar Mac, iPad və iPod məhsulları üzrə ixtisaslaşıb, aksesuar və proqram təminatı üzrə geniş seçim təklif edir. Siz hər zaman mağazalarımızda yeni təqdim olunmuş Apple məhsullarının nümayişini seyr edə bilər və bizim ixtisaslaşmış Apple mütəxəssislərimizdən lazımlı məsləhətlər ala bilərsiniz.

Biz Apple Premium Reseller statusunun bütün tələblərinə cavab vermək üçün daim çalışırıq və adi istifadəçilərdən, frilanser və biznes professionallara qədər bütün müştərilərimizi mağazalarımızda görməkdən məmnunuq. Alma Store Apple istifadəçiləri üçün lazım olacaq bütün – məhsullar, xidmətlər, dəstək və təhsil xidmətlərini təklif edir.

Alma Store Sizə Mac, iPad və iPod-dan maksimum istifadə edə bilməniz üçün təhsil üzrə individual dəstək və xidmətlər təklif edir. Biz tez-tez rəqəmsal fotoqrafiya, video montaj, qrafik dizayn və musiqi sevərlər üçün seminarlar təşkil edirik.

* Bilirsiniz mi, Windows-dakı “Axtarmaq” sözündən fərqli olaraq, Mac OS X-də “Tapmaq” sözü istifadə olunur?