13-düym MacBook Pro Retina displey

07.11.2012

Yeni 13-düym MacBook Pro Retina displey — bu ultrakompakt və yüngül korpusda yüksək məhsuldarlığı sevən həvəskar və peşəkarlar üçün ideal noutbukdur.

O, 4 milyon pikselə malik mükəmməl Retina displey, yüksək sürətli fleş quruluş və 2 nüvəli Intel prosessorları ilə təchiz olunub. 

İnanılmaz portativ 13-düym MacBook Pro Retina displey cəmi 1,9 cm qalınlığa və 1,62 kq ağırlığa malikdir. Bu adi MacBook Pro modelindən 20% daha incə və 400 qr daha yüngüldür. 

* Bilirsiniz mi, Windows-dakı “Axtarmaq” sözündən fərqli olaraq, Mac OS X-də “Tapmaq” sözü istifadə olunur?