Apple yeni iPod touch və iPod nano pleyerlərini təqdim etdi.

20.03.2014

Ultra incə və kompakt korpusa malik iPod touch artıq 5 fərqli rəngdə anodlaşdırılmış alüminiumdan hazırlanır. O möhtəşəm 4 düym Retina displey, 4 nüvəli qrafikaya malik A5X prosessor, panorama və 1080p HD video çəkimi edə bilən 5 meqapiksel iSight kamera, Siri, yeni ikitərəfli Lightning birləşdirici və mobil quröular üçün dünyanın ən inkişaf etmiş əməliyyat sistemi olan iOS 6 ilə təchiz olunub. Yeni iPod touch öz rənginə uyğun olan qayışla da birlikdə təqdim olunur. Bu sizə oyun oynayarkən və foto/video çəkiliş zamanı iPod-u qolunuza keçirərək daha rahat və etibarlı istifadəni təmin edir. Yenilənmiş Apple EarPods qulaqlıqları bütün iPod touch modelləri ilə komplektdə təqdim olunur. iPod touch 4G isə əvvəlkindən fərqli olaraq artıq 16GB və 32GB yaddaşla buraxılır.

Yeni iPod nano mövcud olan ən incə iPod-dur. Onun qalınlığı cəmi 5 mm-dir və 2,5 düym Multi-Touch displeyə malikdir. “Home” düyməsi və rahat daxili düymələr səs, musiqi dinləmə və növbəti trekə keçid funksiyalarını idarə edir. Bununla yanaşı yeni iPod nano daxili Bluetooth, FM-radio və fitnes üçün fərqli proqramlar ilə təchiz olunub. 7 fərqli rəngdə təqdim olunan nano, Lightnin birləşdirici və Apple EarPods ilə komplektdə təqdim olunur.

iPod shuffle 2GB yaddaşı ilə artıq yeni daha fərqli - çəhrayı, sarı, mavi, yaşıl, bənövşəyi, gümüşü və boz rənglərdə təqdim olunur.


* Bilirsiniz mi, Windows-dakı “Axtarmaq” sözündən fərqli olaraq, Mac OS X-də “Tapmaq” sözü istifadə olunur?