Alma Store-dan tələbə və müəllimlərə endirim!

29.08.2014

Ənənəvi olaraq, hər il sentyabrda tədris ilinin başlaması ilə əlaqədar olaraq Alma Store tələbə və müəllimlər üçün aksiya keçirir. Bu il də istisna olmadı. Qeyd edək ki, ildən ilə aksiya şərtləri yaxşılaşır. Belə ki, bu il müəllim və tələbələr təkcə Mac üçün endirim deyil, həmçinin iPad üçün endirim əldə edəcəklər. Xatırladaq ki, aksiyada iştirak etmək üçün tələbə bileti və ya müəllim kartı təqdim etmək kifayətdir.

Aksiya şərtləri:
iPad - 10% endirim.
Mac - 12% endirim.
*Aksiyada yalnız ali təhsil ocaqlarının müəllim və tələbələri iştirak edə bilər.
*Aksiya bütün Mac və iPad modellərinə aid edilir.
*Aksiya 05.10.2014 tarixinə kimi etibarlıdır.
*Aksiyada iştirak üçün tələbə bileti və ya müəllim vəsiqəsi kifayətdir.

* Bilirsiniz mi, Windows-dakı “Axtarmaq” sözündən fərqli olaraq, Mac OS X-də “Tapmaq” sözü istifadə olunur?