az | en | ru

iPod nano-nun dizaynı tamamilə dəyişdi. Artıq bu pleyer Multi-Touch texnologiyası ilə təqdim olunur — iPhone, iPad və iPod touch bu texnologiya vasitəsilə böyük uğur qazanıblar. Ölçüsü iki dəfə azalsa da, onu idarə etmək daha da asanlaşıb. Artıq dinləmək istədiyiniz hər şey yazlnız bir toxunuş qədər uzaqlıqdadlr. İncə korpus. Yeddi canlı rəng. Sizin iPod nano — sözsüz yaddaqalan musiqi hadisəsidir. 240x240 piksel ayırdetməyə malik 1,5 düymlük displeydə dostlarınıza musiqi albomlarınızi, şəkillərinizi göstərin. O çox kiçikdir amma o mükəmməldir.

Radio nano. iPod nano vasitəsilə radio dalğalarına səyahətə çıxın. FM-tuner Sizin dinlədiyiniz verilişin, musiqinin və ya ifaçının adını göstərir. Sadəcə ekrana toxunun və bütün radio kanallar sizinlə olacaq.

Canlı pauza. Əgər siz bir anlıq məşğulsunuzsa və eyni anda da dinlədiyiniz radio kanalındaki musiqi parçasını qaçırmaq istəmirsinizsə, bu zaman yeni iPod nano-nun canlı pauza funksiyası ürəyinizcə olacaq. Sadəcə ekrana toxunun və musiqini saxlayın daha sonar yenı toxunmaqla yayıma qaldığınız yerdən dəvam edin.

iPod nano haqda daha ətraflı… (Apple MDB)

iPod nano pərakəndə qiymətləri (Qiymətlərə ƏDV daxil deyil)..
iPod nano 8QB 149 AZN
iPod nano 16QB 169 AZN

Texniki xüsusiyyətləri

Ölçü və çəki Hündürlük: 37,5 mm, En: 40,9 mm, Qalınlıq: 8,78 mm, Çəki: 21,1 qr
Displey 1.54” diaqonal Multi-Touch displey, 240 x 240 piksel ayırdetmə
Həcmi 8QB və 16QB modul fləş-yaddaş
Audio Tezlik gücü: 20Hz-dən 20,000Hz-dək, Dəstəklənən audio formatlar: AAC (8 - 320 Kbps), Protected AAC, MP3 (8 - 320 Kbps), MP3 VBR, Audible (2, 3 və 4 formatları), Apple Lossless, AIFF and WAV
FM-radio və VoiceOver Amerika, Asiya, Avstraliya, Avropa və yaponiya üçün regional formatlar. Canlı pauza funksiyası, (15 dq ərzində), 29 dildə VoiceOver funksiyası
Qulaqlıqlar Apple qulaqlıqları, Tezlik gücü: 20Hz-dən 20,000Hz-dək, Müqavimət: 32 ohm
Giriş və çıxış Qulaqlıq girişi, dok stansiya üçün giriş
Güc və battareya Daxili lithium-iyon batareya, Audio dinləmə müddəti: 24 saata qədər. Batareyanın tam dolum müddəti: 3 saat, tez dolum müddəti 1,5 saat (batareyanın 80%-ə qədəri)
Sistem tələbləri Mac: Mac kompüteri; USB 2.0 portlu Mac OS X v10.5.8 və ya daha yeni versiyalı əməliyyat sistemi ilə, iTunes 10 və ya daha yeni versiya. Windows: PC; USB 2.0 portlu, Windows 7, Vista, XP Home və ya Professional SP 3 və ya daha yeni versiya ilə, iTunes 10 və ya daha yeni versiya.
Qutuda iPod nano, Apple qulaqlıqları, USB 2.0 kabel, Dok adapter, İstifadəçi bələdçisi

©2010 Mac Center. Bütün hüquqlar qorunur. Alma Store Mac Center MMC-nin qeydə alınmış ticarət markasıdır. eXtraweb tərəfindən dizayn edilib.