IT-Max Apple

Aksiya haqda məlumat

Mac əldə etmək haqda düşünürsuz? Hələ də iPod-unuz yoxdur? Artıq hər ikisinə bir qiymətə sahib ola bilərsiniz. Belə ki, Sentyabr ayının 1-dən etibarən Alma Store-dan MacBookPro və iMac alan hər kəsə iPod touch 64QB hədiyyə verilir. Yalnız kompüterin qiymətini ödəməklə iPod touch-ı ödənişsiz əldə edəcəksiniz. Tələsin! Kampaniya 10 Oktyabra qədər dəvam edəcək.

Nə üçün Mac?

Mac sizə kompüter texnologiyasının ən yaxşısını bəxş etmək üçün yaradılıb. Apple həm kompüter qurğuları, həm də proqram təminatını özü istehsal etdiyi üçün hər şey sadəcə olaraq qüsursuz işləyir, əsl kompüter kimi..

Mac ən yeni texnologiyaları təqdim edir
Hər bir Mac kompüteri ən çevik İntel prosessorları ilə təchiz olunub. Elə bu səbəbdən də bütün proqramlar sürətli işləyir. Güclü qrafika 3D oyunları reallığa çevirir. Daxili Wi-Fi isə yüksəksürətli simsiz bağlantı yaradır.

Dünyanın ən qüsursuz əməliyyat sistem
Mac kompüter qurğuları sahəsində innovasiyalar etməklə yanaşı, ən inkişaf etmiş proqram təminatını da təqdim edir. İlk istifadədən siz, əməliyyat sistemi, proqram təminatı və kompüter hissələrinin vahid bir şirkət tərəfindən hazırlanmasının üstünlüklərini hiss edəcəksiniz.

Valehedici imkanlar
Heç bilirsiniz şəkilləriniz, filmləriniz və musiqilərinizlə nə edə bilərsiniz? iPhoto-nun şəkildəki insanların tanınması funksiyası ilə şəkil albomlarınızı oradakı dostlarınıza görə sistemləşdirə bilərsiniz. iMovie proqramı ilə cəmi bir neçə dəqiqə ərzində filminizi montaj edin. GarageBand ilə gitara və fortepianoda ifa etməyi öyənin və ya öz parçalarınızı yazın.

Gündəlik işlərinizin öhdəsindən asanlıqla gəlir
Elektron poçt, internet, ofis proqramları. Mac sizə lazım olan hər işi görür. PC-dən fərqli olaraq, Mac elektron məktub göndərmək, kalendarınızı idarə etmək, və kontaktlarınızı sistemləşdirmək üçün ehtiyacınız olan bütün funksiyalarla təchiz olunub.

PC viruslarına yoluxmur
Virusları unudun. Mac adi kompüterin başağrıları və viruslarına yoluxmadığı üçün problemsiz işləyir. Mac OS X əməliyyat sisteminin daxili müdafiə sistemləri sayəsində əlavə heç bir antivirus proqramı yazmadan sizin kompüteriniz daim qorunur.

Ofis proqramlarını dəstəkləyir
Mac bütün Ofis proqramlarını dəstəkləyir. Siz asanlıqla Word və Excel sənədləri, fotolar, MP3-fayllar, video, ZİP-arxiv faylları və s. ilə gördüyünüz işləri dəvam etdirəcəksiniz.

Windows və bütün windows proqramları ilə işləyir
Mac Windows əməliyyat sistemini dəstəkləyir. Siz rahatlıqla windows proqramları ilə işləyə biləcəksiniz. Eyni zamanda da Mac-ın istifadəçi üçün rahat bir çox funksiyaları ilə tanış olacaqsınız.

Kompleks dəstək
1 il zəmanət və servis xidməti hər bir Mac-la sizə təqdim olunur. 30 gün ərzində telefon məlumat mərkəzi vasitəsilə mütəmadi dəstək alacaqsınız. Bizim ekspert və instruktorlar sizə Mac sistemini daha da yaxşı anlamağa kömək edəcəklər.

Münasib şərtlər
Apple yerli nümayəndələrində Mac əldə etmək üçün hər zaman ən münasib şərtlər təqdim olunur. 30 aya qədər güzəştlər, proqram təminatının ödənişsiz yüklənməsi, plastik kart sahibləri üçün endirimlər və s.

Mac istehsalında ətraf mühit nəzərə alınır
Apple şirkəti yaşıl məsuliyyəti nəzərə alaraq məhsullarının ətraf mühitə zərərini minimuma endirir. Bu səbəblə hər bir Mac enerji sərfiyyatı baxımından qənaətcildir, zəhərli maddələrdən uzaqdır və təkrar istehsal oluna biləndir

..bax bunlara görə də Mac innovativ, təhlükəsiz, istifadədə asan və bütün zövqlərə uyğundur.

Xüsusiyyətlər və qiymət

                

MacBook Pro (MC372RS/A)
Qiymət: 2149 AZN (399 AZN-lik iPod touch 64GB hədiyyə)

Prosessor: Intel Core i5 2.53GHz Ekran: 15.4-dyüm
RAM: 4GB DDR3 SDRAM HDD: 500GB
Video: NVIDIA GeForce GT 330M qrafik prosessor  256MB GDDR3 yaddaş
iSight kamera, Wi-Fi, Bluetooth

 

 

MacBook Pro (MC373RS/A)
2399 AZN
(399 AZN-lik iPod touch 64GB hədiyyə)
Prosessor: Intel Core i7 2.66GHz Ekran: 15.4-dyüm
RAM: 4GB DDR3 SDRAM HDD: 500GB
Video: NVIDIA GeForce GT 330M qrafik prosessor 512MB GDDR3 yaddaş
iSight kamera, Wi-Fi, Bluetooth

 

iPod touch 64QB

iPod.

14000-dək musiqi, 50000-dək şəkil və 80 saatadək video

Cib kompüteri.

İnternetdə işləyin. Elektron məktub göndərin. Simsiz şəbəkə, Safari, Mail, Klaviatura, Sosial şəbəkələr. iPod touch – bu sizin cibinizdə kompüterdir. Çox rahatdır, elə deyil mi?

Oyun konsolu.

iPod touch ilə siz, hərəkətlərlə oynayırsınız - dönmə, əyilmə və s.

Alma Store - Sizin yerli Apple nümayəndəniz.
www.almastore.az


Bakı,AZ1001
Neftçilət pr., 131
012 493 4868
050 766 0020
Bakı, AZ1001
Park Bulvar AVM., 3 mərtəbə
012 598 7320
050 766 0030
  ™ and © 2010 Apple Inc. All rights reserved. ©2010 Mac Center. Bütün hüquqlar qorunur. Alma Store Mac Center MMC-nin qeydə alınmış ticarət markasıdır.