Devialet Gemini II

Səsə davamlı.

 

İkinci nəsil. Öz növünün ikincisi.

Devialet Gemini II True Wireless qulaqlıqlarının ikinci nəsli təmiz səsin daha dərinlərinə dalmanız üçün təkmilləşdirilmiş texnologiyalar dəsti ilə təchiz edilmişdir.

Aydın səs. Fasiləsiz.

On beş illik akustika tədqiqatı və inkişafı, indi adaptiv gurultu əngəlləmə, təkmilləşdirilmiş erqonomika və genişləndirilmiş qoşulma imkanlarına malik kompakt dizaynda bir araya gəlir.

Devialet Adaptiv gurultu
əngəlləmə
Bluetooth 5.2 Multipoint
22 saatadək
batareya ömrü
IPX4
standartına
uyğun suya və tərə davamlılıq
Qualcomm AptX
Səsli köməkçi ilə uyğunlaşma
Simsiz şarj QI

Yeni nəsil qulaqlıqlar.
Yeni səviyyəli səs.

Yeni nəsil səs hərtərəfli innovasiyalar vasitəsilə yaradılır: yeni 10 mm titan örtüklü Devialet drayver və Qualcomm® aptX™ kodek daha da dərin akustik təəssürat təqdim edir. Yeni Active Wind Reduction (AWR) texnologiyası sayəsində qulaqlıqlar avtomatik olaraq küləyin səsini azaldır. Bu kompromissiz dinləmədir.

Qulaqlar sizin.
Qaydalar sizin.

Rahat idarəetmə.

Devialet Gemini II-nin zərif erqonomikası özəlliklə düşünülmüşdür. Dörd ölçüdə qulaq başlıqları sayəsində qulaqda rahat oturur və demək olar ki, hiss olunmur. Arxa paneldəki yeni "hamısı birində" sensor düymə rahatlığınızı təmin edir və patentləşdirilmiş adaptiv qurultu əngəlləmə, səsli köməkçi, musiqi çalmaq/pauza etmək və s. kimi funksiyaları aktiv etmək üçün jest seçmək imkanı verir.

Daşınması rahat.
İstifadəsi asan.

Yaxşı şeylərə tez öyrəşirsən. Devialet Gemini-nin təkmilləşdirilmiş qoşulma və istifadə imkanları ilə musiqidən ən gözəl təqdimatda həzz almaq daha asan oldu: Çox nöqtəli qoşulma və iki cihaz arasında avtomatik keçidli Bluetooth 5.2, Google Fast Pair*, tətbiqdəki sensor idarəetmədə yeni ayarlar və 22 saata qədər batareya ömrü (daha dəqiq desək, şarj keysi ilə).

Aktiv, uyğunlaşa bilən, harmonik.

 

ASC

Aktiv gurultu əngəlləmə

Yeni Devialet Adaptive Noise Cancellation™ texnologiyamız qulağınızın formasına dinamik şəkildə uyğunlaşır. Nəticədə: səs artefaktlarının və ağ küyün azalması, performans itkisi olmadan daha xoş dinləmə və uzadılmış batareya ömrü.

AWR

Külək səsinin aktiv azaldılması

Devialet Active Wind Reduction (AWR) texnologiyası sayəsində, Devialet Gemini II sizin dinləmə təəssüratlarınıza küləyin təsirini məhdudlaşdıra bilər. Necə? Quraşdırılmış mikrofonların hər biri küləkdən qoruyan material təbəqəsi ilə örtülmüşdür, boşluq isə mikrofonun diafraqmasını qulaqlıqların səthinə əsən istənilən səmtli küləkdən qoruyur. Proqram təminatında külək aşkarlama alqoritmlərimiz ətraf mühit şəraitindən asılı olaraq adaptiv gurultu əngəlləməni və şəffaflığın intensivliyini intellektual şəkildə idarə edir.

IDC®

Daxili gecikmə kompensasiyası

Patentləşdirilmiş alqoritmimiz gurultu əngəlləmə dövrəsinin yaratdığı daxili gecikməni mükəmməl şəkildə kompensasiya edir. Nəticədə xüsusilə yüksək tezliklərdə gurultu əngəlləməsində əhəmiyyətli nailiyyətlər əldə olunur.

Təməldən
ayrılmaz.

Əlcək kimi oturur? Xeyr, Devialet Gemini II kimi. Yenidən işlənmiş ikinci nəsil qulaqlıqlar eyni yumşaq toxunuşa və ikonik formaya malikdir, lakin daha yığcam, şık və universal dizayndadır. Onların əyrilikləri istənilən qulağa uyğunlaşmaları üçün optimallaşdırılmışdır, təkmilləşdirilmiş mikrofonlar isə daha orqanik bir şəkildə qulaqlığın içinə yerləşdirilmişdir. Biz bununla da kifayətlənmədik. İndi dərhal qoşulma üçün şarj keysinin açılan qapağı var. İtirmək qorxusu? Bu keçmişdə qaldı.

Bütün qulaqlara uyğun.

İnsan qulağını diqqətlə araşdırdıqdan sonra istənilən qulağa uyğun olan daha universal forma yaratmaq üçün Devialet Gemini II yenidən düşünülmüşdür. XS, S, M, L – 4 ölçüdə ambuşür sayəsində qulaqlıqlarınız daha universal və rahat olacaq.

İkinci nəslin dizaynı öncəki modeldən 40% daha kiçikdir, lakin eyni zamanda daha yüksək performans təqdim edir.

Çoxnöqtəli Bluetooth 5.2

Bluetooth 5.2-ni dəstəkləyən və çoxnöqtəli qoşulma və avtomatik keçid təklif edən Qualcomm®️ aptX™️ kodek ilə simsiz səsdən maksimum həzz alın. Başqa sözlə desək, Devialet Gemini II-ni eyni anda iki cihaza qoşa bilərsiniz və istifadə etdikcə onlar avtomatik olaraq lazım olana qoşulacaq. Eyni zamanda, siqnal 20 metr radiusda aydın və sabit qalır.

Külək səsi olmadan səsli zənglər.

Zənglərin aydınlığı daha da artdı. Yeni Active Wind Reduction (AWR) texnologiyası ilə qulaqlıqlarınız aktiv şəkildə küləyin səsini azaldacaq. Sümük keçiricili səs sensoru ətraf mühitdən asılı olmayaraq səsin qəbulunu yaxşılaşdırır və zənglərin aydınlığını təmin edir. Şüa yönləndirən mikrofonlar ətraf səsləri tutmadan səsinizi dəqiqliklə müəyyən edir və təkmilləşdirilmiş sonradan səs emalı alqoritmləri siqnalı arzuolunmaz küylərdən təmizləyir.

Tətbiqi.
Devialet Gemini.

İstədiyiniz parametrləri seçmək və təcrübənizi tamamilə fərdiləşdirmək üçün tətbiqi yükləyin: səs şəffaflığı və ilkin parametrləri, ekvalayzerin fərdiləşdirilməsi və sensor düymələrinin qarşılıqlı əlaqəsi.